Futbol üzrə Hollandiya çempionatına yekun vurulub
Bakı, 16 may, AZƏRTAC
Mayın 15-də futbol üzrə Hollandiya çempionatının sonuncu - 34-cü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq yolunda başlıca rəqibi “PSV Eyndhoven”in ötən turda məğlub olmasından sonra üç xal önə keçərək böyük bir imkan yaxalayan “Ayaks” sonuncu turda səfərdə “De Qraafşap” komandasını 4:1 hesabı ilə məğlub edərək ölkə çempionatının qalibi olub. Otuz dörd oyunda 28 qələbə və 2 heç-heçə edən amsterdamlılar 86 xal toplayıblar. Sonuncu dəfə 2013-2014-cü il mövsümündə çempion olan “Ayaks” tarixində 34-cü dəfə Hollandiya çempionatının qalibi olub.
“PSV Eyndhoven” isə sonuncu matçda doğma meydanda “Herakles” klubunu 3:1 hesabı ilə məğlub edərək 83 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb.
Çempionatın yekununda əsas liqanı tərk edən komandalardan biri dəqiqləşib. İyirmi üç xalla sonuncu pillədə qərarlaşan “Breda” gələn mövsüm ikinci liqada mübarizə aparacaq. Çempionatı tərk edən ikinci komanda isə “Exselsior” və “De Qraafşap” klubları arasındakı mübarizədən sonra müəyyənləşəcək.
Ölkə çempionatının bombardirlər siyahısına hər birinin aktivində 28 qol olan Luuk de Yonq (PSV Eyndoven) və Duşan Tadiç (Ayaks) başçılıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]