GƏLƏN İL “QAZPROM” AZƏRBAYCANA 2,75 MİLYARD KUBMETR QAZ GÖNDƏRƏCƏK
Güman edilir ki, “Qazprom” Azərbaycana, əsasən, Rusiyanın öz yanacağını göndərəcəkdir. Lakin o da istisna deyil ki, qazın bir hissəsi “Qazprom”un və Qazaxıstanın “KazMunayQaz” konserninin müştərək müəssisəsi olan “KazRosQaz” şirkətinə məxsus yataqlardan vurulacaqdır.
Ekspertlərin məlumatına görə, Azərbaycan hər il 4,5 milyard kubmetrədək qaz alır. Çünki ölkədə qaz hasilatı ildə 5-6 milyard kubmetr, illik daxili tələbat 7-8 milyard kubmetrdir.
“Qazprom”un nümayəndələri demişlər ki, “Azərbaycan olduqca böyük qaz ehtiyatlarına malikdir və bir neçə ildən sonra “mavi yanacaq” ixrac etməyə başlayacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]