Gənc taekvondoçularımız Bosniya və Herseqovinaya yollanıblar
Bakı, 10 noyabr, AZƏRTAC
Gənc taekvondoçularımız Bosniya və Herseqovinada keçiriləcək Avropa birinciliyinə yollanıblar.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-15-də keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələrindən oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq) iştirak edəcəklər. Qızların turnirində isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Aqayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) mübarizə aparacaqlar.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bosniya və Herseqovinaya yola düşən komanda ilə birlikdə turnirdə beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.
Millimiz noyabrın 16-da Vətənə dönəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]