GƏNCƏ TƏMİZLİK İDARƏSİNƏ YENİ TEXNİKA GƏTİRİLMİŞDİR
Gəncənin təmizlik idarəsinə müasir standartlara cavab verən yeni texnika və avadanlıq gətirilmişdir.
İdarənin rəisi Nizami Babayev AZƏRTAC-ın müxbirinə demişdir ki, alınmış 3 ədəd “MAN” markalı məişət tullantıları toplayan avtomaşın, 2 ədəd “KamAZ”, 2 ədəd “MAZ” markalı avtomaşınlar, eləcə də 2 ədəd süpürmə texnikası əl əməyini tamamilə yüngülləşdirmişdir. Almaniya, Avstriya və Rusiya istehsalı olan yeni texnika iş qabiliyyətinə görə də əvvəlkilərdən xeyli fərqlənir. Lakin “MAN” markalı avtomaşınlara xüsusi qutular lazımdır. Artıq bu günlərdə həmin qutuların gətirilməsinə başlanmışdır.