GƏNCƏDƏ 2-Cİ BEYNƏLXALQ İNFRASTRUKTUR VƏ 2-Cİ REGİONAL İNŞAAT SƏRGİLƏRİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-dən 24-dək Gəncə Olimpiya-İdman Kompleksində “İteca Caspian” LLC və onun İngiltərədəki tərəfdaşı “İTE Group” PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Gəncə beynəlxalq infrastruktur və 2-ci Azərbaycan regional inşaat sərgiləri keçiriləcəkdir.
Bu sərgilər Gəncə-Qazax regionunun, eləcə də respublikanın aparıcı müəssisələrini bir yerə toplayaraq, tədbirə gələn qonaqlara, iş adamlarına, fermerlərə işgüzar əlaqələr qurmağa əlverişli imkan yaradacaqdır. Ötən ildə olduğu kimi, sərgi iqtisadiyyatın ən vacib sektorlarını, o cümlədən inşaat və interyer, qida sənayesi, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, energetika, səhiyyə, nəqliyyat, infrastruktur və xidmət sahələrini əhatə edəcəkdir.