Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib
Bakı, 12 avqust, AZƏRTAC
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq, hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir.
Hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz.
Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı olub, “GNJ” adlandırılacaq. Hava limanının əvvəlki kodu - “KVD” köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı.
Bu dəyişiklik rəsmi şəkildə cari il sentyabrın 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək.
Bu gün Azərbaycanda altı beynəlxalq hava limanı fəaliyyət göstərir - Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Həmçinin Abşeron rayonunun Zabrat qəsəbəsində “ASG Helicopter Services” helikopter aviaşirkətinin bazası (ZXT) yerləşir.
Hazırda Füzulidə beynəlxalq hava limanının tikintisi davam etdirilir və yaxın zamanlarda açılışı nəzərdə tutulub. Qarabağın azad edilmiş ərazilərində - Azərbaycanın Laçın və Zəngilan rayonlarında daha iki hava limanı tikiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Ərdoğan Trampla telefon danışığı aparıb
- 20.05.2026 [23:36]
ABŞ Prezidenti: İranla vəziyyət tam sərhəddədir
- 20.05.2026 [23:23]
Tramp İranla sülh sazişini yekunlaşdırmaq üçün tələsmədiyini bildirib
- 20.05.2026 [23:11]
WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub
- 20.05.2026 [21:59]
OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi
- 20.05.2026 [21:52]
WUF13-ün dördüncü günündən maraqlı anlar - FOTOREPORTAJ
- 20.05.2026 [21:31]
Xəzər dənizində zəlzələ olub
- 20.05.2026 [21:13]
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
- 20.05.2026 [20:45]
Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşüb
- 20.05.2026 [20:36]
Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub
- 20.05.2026 [20:17]
İş adamı: Nigeriyada da mütləq WUF kimi tədbirlər təşkil edilməlidir
- 20.05.2026 [20:07]
Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib
- 20.05.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 20.05.2026 [20:00]
“Baku Book Center”də “Möcüzə adlı övladım” kitabı təqdim olunub
- 20.05.2026 [19:29]
Praqada azərbaycanlı rəssamın qalereyası açılıb
- 20.05.2026 [19:25]
Quba-Xaçmaz bölgəsində meyvə bağlarında monitorinqlərə başlanılıb
- 20.05.2026 [19:01]
WUF13-ün çindən olan iştirakçısı: Bakının möhtəşəm layihələri var
- 20.05.2026 [18:50]
® “Azercell CUP 2026” müsabiqəsinə start verilir
- 20.05.2026 [18:37]
Renyinq Li: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
- 20.05.2026 [18:35]
Malungo Chisangano: Zambiya da mənzil problemi ilə üz-üzədir
- 20.05.2026 [18:34]
Nazirlik: İKT sektorunun gəlirlərində informasiya xidmətlərinin payı artır
- 20.05.2026 [18:31]
Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib
- 20.05.2026 [18:31]