GƏNCƏDƏKİ KİTABXANALAR ZƏNGİNLƏŞDİRİLİR
Gəncədəki kitabxanalar latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş kitablarla zənginləşdirilir. Bu günlərdə mərkəzi kitabxanaya daha 300 yeni kitab gətirilmişdir ki, onların da bir hissəsi elmi, bir qismi klassik, digər hissəsi isə müasir yazıçı və şairlərin kitablarıdır.
Mərkəzi şəhər kitabxanasının şöbə müdiri Gülnaz İsgəndərova AZƏRTAC-a bildirmişdir kİ, alınmış kitablar arasında yazıçı-jurnalist Elmira Axundovanın ulu öndər Heydər Əliyevlə bağlı xatirələri, görkəmli yazıçı Mir Cəlal Paşayevin əsərləri, Vidadi Babanlının “Vicdan susanda”, Mikayıl Müşfiqin 3 cilddə seçilmiş əsərləri və Elçinin rus dilində çap olunmuş pyesləri də vardır.
Şöbə müdiri yaxın günlərdə kitabxanaya Ombudsman Aparatından yeni hüquqi vəsaitlərin, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunmuş bir sıra ədəbiyyatların da gətiriləcəyini qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [19:23]
Laçında “Əmir Teymur” filmi nümayiş olunub
- 26.08.2026 [19:07]
Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq
- 26.08.2026 [18:24]
Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc
- 26.08.2026 [18:02]