Gənclər Fondu 14-cü qrant müsabiqəsinin nəticələrini aprelin sonuncu həftəsində açıqlayacaq
Bakı, 26 mart, AZƏRTAC
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Gənclər Fondu tərəfindən keçirilmiş 14-cü qrant müsabiqəsinin nəticələri aprelin sonuncu həftəsində açıqlanacaq.
Bu barədə AZƏRTAC-a Gənclər Fondundan bildirilib.
Eyni zamanda, qeyd edilib ki, Gənclər Fondu tərəfindən hər il təşkil edilən Sosial Müdafiəyə Ehtiyacı olan İstedadlı Tələbələrin Təhsil Xərcinin qarşılanması üzrə Müsabiqəyə bu ilin may ayının birinci yarısında start veriləcək.
Fond fəaliyyətini onlayn qaydada davam etdirir və gənclər və gənclər təşkilatları ilə ünsiyyəti internet resursları vasitəsilə (sosial şəbəkə səhifələri, elektron-poçt, Fondun elektron-xidmətlər bölməsi və GəncApp mobil aplikasiyası) həyata keçirməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:29]
Yunanıstan səfiri “ASAN xidmət”də
- 11.06.2026 [12:43]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 11.06.2026 [12:31]
DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb
- 11.06.2026 [12:23]
Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO
- 11.06.2026 [12:12]
Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək
- 11.06.2026 [12:00]