Gəncliyə Yardım Fondu “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirəcəkdir
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Birliyi ilə birgə 20 yanvar faciəsinin XXI ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirəcəkdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20 yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdiriləcək, rəsm sərgisi açılacaq, faciə ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara məlumatlar göndəriləcək, eləcə də ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqdır. Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı və çıxışları nəzərdə tutulmuşdur.
“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə təşkilatçılar tərəfindən diplomlar, xatirə hədiyyələri və pul mükafatları veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]