Geofizika və Geologiya İdarəsində “Ekoloji guşə” layihəsinin təqdimatı keçirilmişdir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin ərazisində yaxın günlərdə inşa ediləcək “Ekoloji guşə” layihəsinin təqdimatı keçirilmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqdimat mərasimində ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayev və struktur nümayəndələri iştirak etmişlər.
İdarənin rəisi V. Abdullayev görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Geofizika və Geologiya İdarəsinin müəssisələri üzrə ötən il 130 şam ağacı, 225 şimşad və 650 qızılgül kolu əkilmiş, 600 kvadratmetr sahədə yaşıllıq salınmışdır. İnşa edilən ekoloji guşə 1380 kvadratmetr sahəni əhatə edir. Burada istirahət edənlər üçün gözəl şərait yaradılacaqdır. Ekoloji guşədə müasir işıqlandırma sistemi, fəvvarə və oturacaqlar quraşdırılacaq, ağac və güllər əkiləcədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]