İQTİSADİYYAT
Gömrük orqanlarına bəyan edilməyən spirtli içkilər, dərman vasitələri aşkarlanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan iki yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, baxış zamanı yük nəqliyyat vasitələrinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 19 ədəd müxtəlif markalı spirtli içki, kremlər, 11 ədəd kustar üsulla hazırlanmış dərman vasitəsi, 60 flakon “Korteksin10mg” adlı dərman vasitəsi və 205 ədəd “Coragen 200 ml” adlı bitki dərmanı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:26]
® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək
- 08.05.2024 [17:15]
Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 08.05.2024 [16:39]
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 08.05.2024 [15:14]
Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO
- 08.05.2024 [14:56]