GÖRKƏMLİ ALİM ƏDƏBİYYATŞUNASLIQ ELMİNƏ TÖHFƏLƏR VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 17-də Əbilov adına Mədəniyyət Mərkəzində görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Gülrux Əlibəylinin anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.
“Onlar bizim fəxrimizdir” silsiləsindən keçirilən tədbirdə mədəniyyət və ədəbiyyat xadimləri alimin həyat və yaradıcılığından, onun ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən söz açmışlar.
Milli Məclisin deputatı Elmira Axundova “Gülrux Əlibəylinin həyat və yaradıcılığı” mövzusundakı məruzədə alimin ədəbiyyatımızın müxtəlif nəzəri problemlərindən, estetika və bədiilik məsələlərinə həsr edilmiş əsərlərindən, ədəbi-tənqidi məqalələrindən ətraflı danışılmışdır. Vurğulanmışdır ki, müəllif bu gün də qələmi yerə qoymamışdır.
Mərkəzin “Vurğun” poeziya teatrının üzvləri yubilyarı şeirlə təbrik etmişlər.
G.Əlibəyli tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirmişdir. Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [23:24]
Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO
- 05.06.2026 [22:40]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [21:00]
Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO
- 05.06.2026 [19:35]