Gündəlik çərəz qəbulu stres və yuxu problemini aradan qaldırır
Bakı, 5 aprel, AZƏRTAC
Orqanizm üçün tələb olunan gündəlik vitamin və mineral normasını çərəzlərlə ödəmək mümkündür. Nəzərə almaq lazımdır ki, soyuq aylarda, xüsusilə də yoluxucu xəstəliklərin yayıldığı bir zamanda orqanizmin vitamin və enerjiyə daha çox ehtiyacı olur. Qida dəyəri yüksək olduğuna görə bir ovuc qoz, fındıq, badam, fıstıq, iydə və innab orqanizmin gündəlik vitamin tələbatını ödəmək üçün kifayət edir.
AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Tərlan Qorçiyeva deyib: “Çərəzlər orqanizmin immunitetini möhkəmlədir, həzm sistemini sürətləndirir, zehni fəaliyyətə müsbət təsir göstərir. Qovurulmamış və ya az qovurulmuş çərəzlərin istehlakı məsləhət görülür, çünki çərəzlər qovurularkən qidalılıq dəyəri azalır”.
Norma daxilində gündəlik çərəz qəbulu stres və yuxu problemini aradan qaldırır, sümüklərin güclənməsinə və dəri hüceyrələrinin daha cavan qalmasına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:35]
Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır
- 15.10.2026 [15:14]
Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb
- 15.10.2026 [15:07]
“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO
- 15.10.2026 [15:03]
Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub
- 15.10.2026 [14:44]