Gürcü mediası Azərbaycan Prezidentinin və Aİ Şurasının Prezidentinin mətbuata bəyanatlarına geniş yer ayırıb
Tbilisi, 12 mart, AZƏRTAC
Gürcüstanın nüfuzlu geocohub.ge portalı Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata bəyanatları ilə bağlı AZƏRTAC-ın materialını paylaşıb.
AZƏRTAC xəbər verir ki, bundan başqa bm.ge, interpressnews.ge və digər nüfuzlu portallar mətbuata bəyanatlarla bağlı materiallar yayıblar.
Məlumatlarda Azərbaycanın dövlət başçısının və Avropa İttifaqı Şurasının Prezidentinin ikitərəfli münasibətlərə, regional təhlükəsizlik və birgə əməkdaşlığa dair məsələlərlə bağlı fikirlərinə yer verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi