Gürcüstan hökumətinin yaratdığı stopcov.ge saytı Azərbaycan dilində də məlumat yayacaq
Tbilisi, 25 mart, AZƏRTAC
Gürcüstan hökumətinin ölkədə koronavirusla bağlı yaratdığı xüsusi stopcov.ge saytı Azərbaycan dilində də məlumat yayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.
Onun sözlərinə görə, saytın yeni versiyası artıq hazırdır və martın 25-dən fəaliyyətə başlayıb.
Saytda koronavirusla bağlı statistik göstəricilər, dövlətin bu virusla mübarizə istiqamətində atdığı addımlar və qəbul etdiyi qərarlar, tövsiyələr və digər məlumatlar yerləşdirilib.
Martın 3-dən aktiv olan sayt gündəlik olaraq yenilənir.
Stopcov.ge bu günə qədər yalnız gürcü və ingilis dillərində olub. Saytın başqa dildə də versiyası hazırlanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 23.06.2026 [18:28]
Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib
- 23.06.2026 [17:30]