GÜRCÜSTAN NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ QARŞISINDA
SEÇKİ BÜLLETENLƏRİ GÜRCÜ VƏ RUS DİLLƏRİNDƏ ÇAP EDİLƏCƏKDİR
Gürcüstan Mərkəzi Seçki Komissiyası gələn il yanvarın 4-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq ölkənin əsasən azərbaycanlılar yaşayan Kvemo Kartli-Borçalı və ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgələrinin əhalisi üçün seçki bülletenlərinin gürcü və rus dillərində çap edilməsinə dair qərar qəbul etmişdir. MSK üzvlərinin 9 nəfəri bu qərara tərəfdar çıxmışdır. Həmin qərarın əleyhinə olan digər MSK üzvləri isə öz iradlarını onunla əsaslandırırlar ki, məsələyə belə yanaşma, Dövlət dili haqqında Gürcüstan Konstitusiyasına ziddir. Növbədənkənar prezident seçkilərində 6 namizəd səsə qoyulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]