Gürcüstan Prezidenti ölkədəki diplomatik korpusun təmsilçiləri ilə görüşüb
Tbilisi, 21 mart, AZƏRTAC
Gürcüstan Prezidenti Salome Zurabişvili martın 21-də Tbilisidəki diplomatik korpusun təmsilçiləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanı bu ölkədəki səfirliyimizin birinci katibi Sərxan İsmayılov və konsul Ramel Lətifov təmsil ediblər.
Prezident diplomatlara Gürcüstanda fövqəladə vəziyyətin elan olunması barədə məlumat verib. O, həmçinin görüş iştirakçılarını koronavirusla bağlı ölkədə mövcud vəziyyət haqqında məlumatlandırıb.
Görüşdə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani, Avropa İttifaqının nümayəndəsi Karl Xartsel, Türkiyə səfiri Fatma Ceren Yazqan, Çin və digər ölkələrin diplomatları iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]