Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər
Tbilisi, 17 iyun, AZƏRTAC
Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi və iqtisadi sahələrdə əldə etdiyi əhəmiyyətli uğurlar diqqət mərkəzində olub. Tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin artan dinamikasına diqqət çəkiblər.
Gürcüstan tərəfi Türkiyənin ölkənin ərazi bütövlüyü və işğalların tanınmaması siyasətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Tərəflər parlamentlər arasında münasibətlərin inkişafından məmnunluq ifadə edib və əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Parlamentlərarası dostluq qruplarının bu sahədə xüsusi rolu qeyd olunub.
Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyəti vurğulanıb və yaxın vaxtlarda parlament sədrləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi planlaşdırıldığı bildirilib.
Regional və beynəlxalq proseslərə də toxunulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]