Gürcüstanın Seçki Məcəlləsinə yeni dəyişikliklər ediləcək
Tbilisi, 30 avqust, AZƏRTAC
Gürcüstanın Seçki Məcəlləsinə yeni dəyişikliklər ediləcək. Dəyişikliklər cari il oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərində majoritar qaydada iştirak edəcək namizədlər üçün ikinci turun təşkili ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, parlamentə təqdim olunan qanun layihəsi avqustun 31-də qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılacaq.
Dəyişikliyə əsasən, seçkilərin nəticələri ilə əlaqədar zərurət yarandıqda səsvermənin ikinci turu əvvəlki kimi, 25 gündən sonra deyil, ilk səsvermədən sonrakı üçüncü həftənin şənbə günü keçiriləcək. İkinci tur isə birinci turda 50 faizdən az, lakin namizədlər arasında ən yaxşı nəticə göstərən iki şəxs arasında keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]