Həkəri çayına növbəti dəfə balıq körpələri buraxılacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Həkəri çayına növbəti dəfə balıq körpələrinin buraxılışı həyata keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, çaya balıqartırma zavodlarında yetişdirilən 200 min çəkikimi balıq körpəsi buraxılacaq.
Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılmasının Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edən nazirlik rəsmisinin sözlərinə görə, Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzəsinə mütəmadi olaraq balıq körpələrinin buraxılışı həyata keçirilir və həmin aksiyalar gələcəkdə də davam edəcək.
“Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verən bu cür aksiyalarda balıq yetişdirən müəssisələri yaxından iştiraka, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırırıq”, - deyə İ.İbrahimova bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]