HƏMAS-la döyüşlərdə 600-ə yaxın İsrail hərbçisi ölüb
Bakı, 18 mart, AZƏRTAC
Qəzza sektorunda hərbi əməliyyatlar başlayandan bəri 593 İsrail əsgəri həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Silahı Qüvvələrinin məlumatında deyilir.
“Müharibə başlayandan bəri 593 israilli hərbçi həlak olub. Onlardan 250-si Qəzza sektorunda keçirilən yerüstü əməliyyat zamanı öldürülüb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Hücum nəticəsində 1,2 mindən çox israilli ölüb. Eyni zamanda, HƏMAS 240 nəfəri girov götürüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Son məlumata görə, indiyədək 31,7 min fələstinli münaqişənin qurbanı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]