Həmvətənimiz “İlin sahibkarı” elan edilmişdir
Bakı, 25 may (AZƏRTAC). Murmansk vilayətində 11-ci dəfə keçirilən “İlin sahibkarı” müsabiqəsinə yekun vurulmuşdur. Murmansk vilayət hökumətinin “Vilayət üzrə illik “İlin sahibkarı” müsabiqəsi haqqında” qərarına uyğun olaraq və müsabiqə komissiyasının qərarı əsasında həmin müsabiqənin qaliblərindən biri həmvətənimiz Mübariz Yolçuyev elan edilmişdir.
Mübariz Yolçuyevin rəhbər olduğu Məhdud Məsuliyyətli Cəmiyyət “Digər fəaliyyət növləri” qrupunda “Sosial məsuliyyət və xeyriyyəçilik” nominasiyasında müsabiqənin qalibi olmuşdur. Müsabiqə iştirakçılarının təltif edilməsi mərasiminin keçiriləcəyi tarix yaxın günlərdə müəyyən ediləcəkdir.
Regionun “Şimal Ticarət-Sənaye Palatası” və Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsi həmvətənimizi qələbə münasibətilə təbrik etmişlər.
Xatırladaq ki, həmyerlimiz artıq ikinci dəfə “İlin sahibkarı” mükafatına layiq görülür. Birinci dəfə o, həmin mükafatı 2008-ci ildə almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]