“HƏSƏN BƏY ZƏRDABİ ARXİVİNİN TƏSVİRİ” KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutu filologiya elmləri doktoru Cənnət Nağıyevanın “Həsən bəy Zərdabi arxivinin təsviri” adlı kitabını nəşr etdirmişdir.
“Nurlan” nəşriyyatında işıq üzü görmüş kitabda Həsən bəy Zərdabinin institutda saxlanılan, onun həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən 200-dən artıq məlumat ilk dəfə çap edilir. Burada Zərdabinin müasirlərinə, onların böyük maarifçiyə yazdığı məktubları, onun şəxsiyyətinə aid sənədlər, vəfatı ilə əlaqədar həyat yoldaşı Hənifə xanımın ünvanına göndərilən məktublar, teleqramlar, “Əkinçi” qəzetinə ünvalanmış bəzi məktublar, məqalələr və s. verilmişdir.
Kitabın redaktoru filologiya elmləri doktoru Mehri Məmmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]