“Heydər Əliyev İli” çərçivəsində Göygöldə növbəti ağacəkmə aksiyası keçirilib
Göygöl, 4 aprel, Elcan Məmmədov, AZƏRTAC
Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti rəhbərliyinin iştirakı ilə Göygöl şəhər ərazisində keçirilən ağaçəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib və suvarılıb.