Azərbaycan Dövlət İnformasiya Agentliyi

“HEYDƏR ƏLİYEV. ŞƏXSİYYƏT VƏ ZAMAN”

Azərbaycan xalqının tarixində hələ sağlığında prinsipiallıq, xalqına məhəbbət, ədalətlilik kimi parlaq insani keyfiyyətləri, eyni zamanda, müasir cəmiyyətdə baş verən mənfi hallara qarşı barışmaz münasibəti ilə müasirlərini heyran qoyan şəxsiyyətlərə az-az rast gəlmək olar. “Naşirin qətli”, “Şüşə saray”, “Yaşamaq vaxtıdır”, “Həqiqət anları” romanlarının müəllifi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bioqrafiyasının müxtəlif tarixi dövrlərinin siyasi cəhətlərini və şəxsiyyətinin miqyasını əks etdirə bilmiş tanınmış yazıçı-publisist Elmira Axundovanın kitabının baş qəhrəmanı məhz belə şəxsiyyətdir.

Bu böyük şəxsiyyət və zəmanəmizin görkəmli siyasi xadimi ilə ünsiyyətdə olmaq, işləmək, onu səfərlərdə müşayiət etmək xoşbəxtliyi nəsib olmuş Elmira Axundova bu insan haqqında onun səviyyəsinə, əzəmətinə layiq bir kitab yazmaq haqqında düşünürdü. O həmişə deyir ki, böyük və kiçik millətlər yoxdur, öz millətini, öz ölkəsini dünyada məşhur edən ayrı-ayrı görkəmli şəxsiyyətlər var. Elmira xanım düşündüyü işin məsuliyyətini və əhəmiyyətini anlayaraq kitabı yazmağa başlamış və beş il çəkən gərgin zəhmətdən sonra hamıya bu qədər yaxın, eyni zamanda, sirli bir insanın - Heydər Əliyevin obrazını yaratmışdır. O, arxivlərdə işləmiş, - bu isə çox böyük zəhmət tələb edən işdir, - romanın qəhrəmanı ilə münasibəti olmuş insanları tapmış, onlardan müsahibələr almış, çox geniş materialı təhlil edərək, ümumiləşdirmiş və nəhayət, sistemləşdirmiş, Heydər Əliyev haqqında orijinal, indiyədək məlum olmayan faktlarla zəngin bir kitabı oxucuların mühakiməsinə vermişdir.

Deyirlər ki, dağın böyüklüyü uzaqdan görünür, Heydər Əliyev kimi dahi şəxsiyyətlər barədə maraqlı və əhəmiyyətli kitablar neçə illər sonra yaranacaqdır. Elmira Axundova bu fikirlə razı deyil, hesab edir ki, tələsmək, həyatının müxtəlif mərhələlərində Heydər Əliyev ilə işləmiş, dostluq etmiş və ya sadəcə ünsiyyətdə olmuş insanların rəyini öyrənmək, söhbətlərini eşitmək lazımdır. Məsələn, 50 ildən sonra bu cür kitabı üçüncü şəxsin dilindən yazmaq lazım gələcək və təbii ki, hər bir insan öz şərhini, öz münasibətini əlavə edəcəkdir. Bu isə sənədli bioqrafiya deyil, məlum faktların sərbəst təfsiri olacaqdır. Dünya bioqrafiya, memuar ədəbiyyatı tarixində bu cür əsərlər çoxdur, ancaq bu kitablar adətən qəhrəmanlar dünyadan köçəndən sonra, bilavasitə şahidlərin dilindən deyil, tarixi həqiqətləri təhrif edən təfsirlər əsasında yazılır. Üstəlik, arxiv materialları canlı xatirələri heç vaxt əvəz edə bilməz.

Yeri gəlmişkən, Elmira Axundova bu kitabı ulu öndərin öz icazəsi və xeyir-duası ilə yazmağa başlamışdı. Heydər Əliyev müəlliflə söhbət zamanı kitabın yazılmasına razılıq verərək bildirmişdi ki, Elmira Axundovanın yaradıcılığını bəyənir və onun bu cür məsələlərə necə ciddi yanaşdığını bilir. Heydər Əliyev bir qədər kədərlə əlavə etmişdir ki, “mən öz bioqrafik romanımı yazmağa macal tapmadım və yəqin ki, daha yaza bilməyəcəyəm”. Məhz bu xeyir-dua Elmira Axundovanı belə fədakar və gərgin işə ruhlandırmışdır. O, həyatının bir neçə ilini Heydər Əliyevlə işləmiş və ünsiyyətdə olmuş insanların axtarışına və onlarla söhbətlərə həsr etmişdir. Belə insanlar isə yüzlərcədir! Lakin onların arasından Naxçıvandan tutmuş Moskvayadək Heydər Əliyevi, həqiqətən, yaxından tanıyan şəxslər seçilmişdir. Onlar ulu öndərin uşaqlıq dostları, DTK veteranları, 70-ci illərdə Heydər Əliyev ilə işləmiş Azərbaycan KP MK-nın, SSRİ KP MK-nın məsul işçiləridir. Moskva dövrü və nəhəng bir dövlətin taleyini müəyyənləşdirən insanlar. Bu böyük insan materialını E.Axundova bir neçə il gərgin əməyi sayəsində tapmış və lentə almışdır. Sonra bu yazıları kağıza köçürmək, təhlil etmək, sistemləşdirmək və ədəbi əsər şəklinə salmaq üçün bir neçə il sərf edilmişdir. Məhz bu insan materialı, müasirlərin xatirələri, tarixi faktlar, siyasi ədəbiyyatdan parçalar, müəllifin düşüncələri çox maraqlı, nadir, canlı sənədli romanın əsasını təşkil edir. Buna görə də əsər “roman-tədqiqat” adlanır. Bir tərəfdən bu, bədii-publisistik roman, digər tərəfdən isə faktlara və müasirlərin xatirələrinə əsaslanan sənədli əsərdir.

Opponentlər etiraz edə bilərlər ki, guya xatirələr heç də həmişə dəqiq olmur, yaşlı adamların yaddaşı zəifləyir, şahidlər hadisələri öz xeyirlərinə şərh edirlər. Elmira Axundova buna cavabında deyir ki, söhbətlərdə subyektivlik və qərəzlilik nəzərə çarpanda o, bu və ya digər problemi bir neçə nöqteyi-nəzərdən öyrənir, yəni eyni hadisə bir neçə adamın dilindən təqdim olunur. Məsələn, bu kitabdakı hadisələrdən biri Moskvaya işləməyə gedərkən Heydər Əliyevin öz varisini, Azərbaycan KP MK-nın birinci katibini seçməsi ilə bağlıdır. Bu, romanın ikinci kitabının ən maraqlı və dramatik fəslidir. Sən demə, Heydər Əliyev əvvəlcə bu namizədi irəli sürmək fikrində olmamış, Kamran Bağırovun namizədliyi barədə düşünməmişdir. Başqa bir namizədi Sov.İKP MK Siyasi Bürosuna təqdim etmişdi. Sonra elə öz həmkarları - MK-nın katibləri və üzvləri onu bu fikrindən daşındırmağa çalışmışlar. Bu hadisə barədə kitabda müxtəlif fikirlər söylənir. Müəllif bütün mövqeləri təqdim edir ki, oxucu müqayisə etsin, həqiqəti anlaya bilsin. Kitab bütövlükdə bu prinsip əsasında yazılmışdır.

Hazırda kitabın üç cildi və “1969-cu ildən 1989-cu ilədək həyat və fəaliyyətin xronikası” adlanan dördüncü cild hazırdır. Elmira Axundova Heydər Əliyevin maraqlı həyat yolunu ilbəil qələmə almışdır. Birinci kitab ulu öndərin gənclik illərinə və DTK-da fəaliyyətinə, ikincisi 1970-1980-ci illərdə MK-nın birinci katibi vəzifəsində çalışdığı dövrə aiddir. Kitabda bir çox materiallar oxuculara ilk dəfə təqdim olunur. Məsələn, Heydər Əliyevin korrupsiya və xəlvəti iqtisadiyyatla mübarizəsi maraqlı, başlıcası isə obyektiv işıqlandırılmış, mübarizənin bütün müsbət və mənfi cəhətləri əks olunmuşdur. Müəllif kəskin məqamlardan qaçmış, bunlara prinsipial mövqedən yanaşır, Heydər Əliyevin bu və ya digər istiqamətlərdə uğurlarını və uğursuzluqlarını göstərir.

Üçüncü, “Kreml beşilliyi” kitabı ulu öndərin Moskva həyatı barədədir. Kitabda ilk dəfə işıqlandırılan bir çox məxsusi faktlar və təfsilatlar vardır. Burada onun Mixail Qorbaçov ilə münasibətlərinin tarixindən, Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından, bunun hansı ləyaqətsiz və kəskin üsullarla həyata keçirilməsindən və onun ağır infarkt vəziyyətinə çatdırılmasından danışır. Bütün bunlar barədə oxucuların məlumatı səthi idi və kitabda bu barədə ilk dəfə bəhs olunur. Heydər Əliyevin istefadan sonrakı və Bakıya qayıdışına qədərki (1987-1990-cı illər) həyatı əliyevşünaslıqda ümumiyyətlə öyrənilməmişdi. Bu dövr ilk dəfə kitabın “Süqut” fəslində ətraflı təsvir olunur.

Dördüncü, “Qayıdış” adlanacaq sonuncu cild üzərində iş davam edir. Bu cild başqalarından bir qədər fərqlənəcək, şəxsi motivlər üstünlük təşkil edəcəkdir, çünki artıq 1990-cı ilin noyabrında Elmira Axundova gələcək kitabının qəhrəmanı ilə Naxçıvanda tanış olur, ondan müsahibə alır və bu şəxsi ünsiyyətlər Heydər Əliyev hakimiyyətə gələnədək davam edir, sonrakı illərdə isə daimi olur. Odur ki, növbəti kitabda daha çox şəxsi müşahidələr yer alacaq, Heydər Əliyev ilə ömrünün sonuncu on ilində birlikdə işləyən insanlar xatirələrini danışacaqlar.

Layihənin sonuncu iki cildi “Əliyev və onun ətrafındakılar” adlanacaqdır. Burada E.Axundovanın həmin illərdə lentə aldığı maraqlı və əhəmiyyətli müsahibələr və söhbətlər toplanacaqdır. Bu müsahibələr böyük tarixi və siyasi dəyərə malikdir və Elmira xanım hesab edir ki, onları tarix üçün olduğu kimi saxlamaq lazımdır. Beləliklə, yeddi cild buraxmaq nəzərdə tutulur.

Paralel olaraq kitabların Azərbaycan dilinə tərcüməsi üzərində də iş gedir. Onları xarici ölkələrdə də səbirsizliklə gözləyirlər. Layihə başa çatdıqdan sonra E.Axundova ikicildlik üzərində işləyəcəkdir. Yazıçı Heydər Əliyevin həyatından ən maraqlı və əhəmiyyətli faktları toplayıb Moskva və xarici ölkə naşirlərinə təqdim etmək və ulu öndərin bioqrafiyasını təkcə respublikamızda deyil, həm də geniş beynəlxalq ictimaiyyət arasında tanıtmaq niyyətindədir.

Dahi insanların xatirəsi əbədiləşdirilməlidir və bu kitabı faktlarla zənginliyinə, müşahidələrin dəqiqliyinə, az məlum olan epizodlara görə, həqiqətən, ümummilli liderimizin xatirəsinə həsr olunmuş ən yaxşı yazılı abidə hesab etmək olar. Düz deyirlər ki, əlyazmalar məhv olmur. Bu kitab yaşayacaq, nəsildən-nəslə ötürüləcək, kitabxanalarda qalacaq, tədqiqatçılar, tələbələr tərəfindən öyrəniləcək, E.Axundovadan sonra bu mövzunu araşdıranlar bu kitaba istinad edəcəklər. Bir sözlə, bu kitabdan hələ çox insanlar faydalanacaqlar. Bu cür kitablar millətin tarixi yaddaşı üçün çox lazımdır. Heydər Əliyev kimi şəxsiyyətlərin belə ciddi əsərlərdə əks olunan həyat təcrübəsi gələcək nəsillər üçün çox önəmlidir. Bu fikri zəmanəmizin görkəmli yazıçısı Oljas Süleymenov söyləmişdir: “Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” tədqiqat-romanı kimi kitablar oxucu ilə birlikdə inkişaf edir. Bu cür kitablar lazımlıdır: onlar yeni nəsil rəhbərlərin yetişməsinə kömək edir. Bir ölkədə iki dövlətin rəhbəri olmuş Heydər Əliyevin nadir təcrübəsi xüsusilə qiymətlidir”.

Böyüməkdə olan nəsil və bütövlükdə millətin qan yaddaşı üçün bu cür kitabların əhəmiyyəti də məhz elə bundadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO