“Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi macar dilində nəşr olunub
Budapeşt, 7 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi görkəmli publisist, Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərin ömür yolundan bəhs edən “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyini macar dilində nəşr etdirib.
Kitab səfir Vilayət Quliyevin redaktəsi ilə çap olunub. Üçcildliyi macar dilinə tanınmış tərcüməçi Tamaş Varhegi çevirib. Nəşr Macarıstanın 150-yə yaxın kitabxanasına, habelə xarici ölkələrin Budapeştdə akkreditə olunmuş səfirliklərinə hədiyyə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]