HEYDƏR ƏLİYEVİN XATİRƏSİ HƏR BİR AZƏRBAYCANLININ QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Yeni Azərbaycan Partiyasının icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
O bildirmişdir ki, partiyaya dahi şəxsiyyət, elimizin ağsaqqalı, möhtərəm Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə bağlı Milli Məclisin üzvləri, ayrı-ayrı vətəndaşlar və geniş ictimaiyyət tərəfindən çoxlu təkliflər daxil olmaqdadır. Bu gün əbədi Prezidentimizin yaratdığı partiyanın üzvlərinin də dahi rəhbərimizin adının əbədiləşdirilməsi ilə bağlı təklifləri vardır. Onlar Heydər Əliyevin abidəsinin Şəhidlər xiyabanında, Milli Parkda və ya Azadlıq meydanında qoyulmasını, adının bəzi şəhər və rayonlara, prospekt və küçələrə verilməsini istəyirlər. Amma bu məsələ ilə hökumət məşğul olduğu üçün partiya rəhbərliyi işə müdaxilə etmək istəmir. Hər halda partiya üzvləri abidənin şəhərin ən möhtəşəm və gözəl yerində qoyulacağına əmindirlər. Ona görə ki, Heydər Əliyev buna layiqdir. Ümidvaram ki, hər bir azərbaycanlının qəlbində dahi rəhbərimizin adı, xatirəsi əbədi yaşayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [17:28]
Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub
- 12.05.2025 [17:21]