Hindistanda şiddətli yağışlar 27 nəfərin ölümünə səbəb olub
Pekin, 3 sentyabr, AZƏRTAC
Hindistanın cənubundakı Telanqana və Andhra Pradeş ştatlarında 3 gündür yağan şiddətli yağışların törətdiyi fəsadlar 27 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin fəlakətlərlə mübarizə mərkəzi açıqlama yayıb. Avqustun 31-də başlayan leysan yağışları bir neçə yaşayış məntəqəsində sel və daşqın yaradıb. Nəticədə evlər, inzibati binalar, avtomobil və dəmir yolları su altında qalıb. Çaylarda və su anbarlarında suyun səviyyəsi təhlükəli həddi keçib. Minlərlə sakin təxliyə edilərək, çadırlara yerləşdirilib.
Leysan səbəbindən 100-dən çox qatar reysi ləğv edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]