Hulusi Kılıç: “Ermənilərin törətdiyi cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibdir”
Bakı, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 26-da Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı “1915-2015-ci illərdə erməni fəaliyyəti” adlı tədbir keçirilmişdir.
Türkiyənin tanınmış politoloqu, erməni-türk məsələsinə dair bir çox tarixi araşdırmaların müəllifi, professor Hikmət Özdəmir “1915-2015-ci illərdə erməni fəaliyyəti” adlı məruzə ilə çıxış edərək 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı 1914-1916-cı illərdə Şərqi Anadoluda ermənilərin törətdiyi qətliam ilə müqayisə etmişdir. Professor erməni təşkilatlarının fəaliyyətlərini dörd əsas istiqamətdə - sui-qəsd, dinc əhaliyə qarşı qətliamlar, türk düşməni ilə işbirliyi və təbliğat üzərində qurduqlarını bildirmişdir.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç isə ermənilərin cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan diplomat Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkələr olduğunu bir daha qeyd etmişdir.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər və KİV nümayəndələri iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]