ICAO Qazaxıstanda aviasiya təhlükəsizliyinin səviyyəsini qiymətləndirəcək
Astana, 27 avqust, AZƏRTAC
Sentyabrın 2-14-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Qazaxıstanın aviasiya sənayesində audit aparacaq.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, auditorlar aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq ekspertlərdir.
Aviasiya təhlükəsizliyi sahəsində ICAO auditi təşkilata üzv hər bir ölkə üçün ən əlamətdar hadisələrdən biridir. Belə yoxlamalar bütün dövlətlərdə mütəmadi olaraq keçirilir və onların nəticələri aviasiya sənayesinin inkişafına birbaşa təsir göstərir.
Auditdən keçməmək və ya ciddi uyğunsuzluqların müəyyən edilməsi aviaşirkətlər və hava limanlarında məhdudiyyətlərin tətbiqinə səbəb ola bilər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]