ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsi, eləcə də ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupuna daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]