İğdırda 28 May – Respublika günü qeyd olunmuşdur
Bakı, 31 may (AZƏRTAC). 28 May - Respublika Günü İğdırda da qeyd olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) seçki bürosunda deputatlığa namizədlər - Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan, partiyanın vilayət təşkilatının rəhbəri Cahit Erol və Gündüş Güneş 28 May - Respublika Günü münasibətilə mətbuat konfransı keçirmişlər.
C.Erol 93 il əvvəl Azərbaycanda ilk türk respublikasının əsasının qoyulduğunu, yaradılmış Azərbaycan Demokratik Respublikasının (ADR) Türk dünyasının “gözünün nuru” olduğunu bildirmişdir.
ADR-in yaradılmasının əhəmiyyətini vurğulayan G.Güneş isə bu tarixi gün münasibətilə təbriklərini çatdırmışdır.
İğdırda yaşayan Azərbaycan türkləri üçün bu bayramın böyük əhəmiyyətini qeyd edən S.Oğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu demişdir. “Bizim arzumuz Dağlıq Qarabağın işğaldan azad olunmasıdır”, - deyə S.Oğan vurğulamışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət - iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırlayan Türkiyə- Azərbaycan Dərnəyinin rəhbəri ölkələrimiz arasında mövcud əlaqələrdən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]