III MDB Oyunları: Azərbaycanın 7 güləşçisi medal qazanıb - YENİLƏNİB 3
Gəncə, 4 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün qarşılaşmaları başa çatıb, azərbaycanlı medalçılar bəlli olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Əli Hacıyev (80 kiloqram), Hüseyn İsmayılov (65 kiloqram) gümüş, Hakim Tağıyev (110 kiloqram), İbrahim Süleymanov (55 kiloqram), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medalın sahibi olublar.
Ötən gün də idmançılarımız sərbəst və qadın güləşçilərin mübarizəsində 7 medal qazanıblar.
18:50
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçıları bəlli olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Hüseyn İsmayılov (65 kiloqram) gümüş, İbrahim Süleymanov (55 kiloqram), qadın güləşçilər Esra Məmmədli (57 kq), Xədicə Qurbanzadə (49 kiloqram) bürünc medalın sahibi olublar.
18:31
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçıları bəlli olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl, Hüseyn İsmayılov (65 kiloqram) gümüş, qadın güləşçi Xədicə Qurbanzadə (49 kiloqram) bürünc medalın sahibi olub.
Final görüşləri davam edir.
18:03
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ikinci gününün ilk azərbaycanlı medalçısı bəlli olub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Rəvan Həsənzadə (48 kiloqram) qızıl medalın sahibi olub.
Final görüşləri davam edir.
Xatırladaq ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.