İKİ MİLYON AVRO DƏYƏRİNDƏ SİQARET OĞURLANMIŞDIR
Fransanın ən böyük liman şəhəri Marseldə dekabrın 24-də səhər saat 9.20 radələrində bərə ilə Tunisdən gələn siqaret yükləmiş maşın limandan çıxarkən bir dəstə silahlı cinayətkar ona hücum etmiş və sürücünü maşını başqa bir istiqamətə sürməyə məcbur etmişlər. Marseldən bir qədər aralandıqdan sonra onlar sürücüyə dayanmağı əmr etmiş və maşındakı 2 milyon avro dəyərində olan 45 min blok siqareti başqa bir maşına yükləyərək aradan çıxmışlar.
Siqaretin gətirilməsi barədə dəqiq məlumatı olmuş cinayətkar dəstənin bu haqda onu xəbərdar etmiş başqa bir cinayətkar dəstə ilə əlaqədar olması fərziyyəsini irəli sürən polis baş vermiş hadisə ilə bağlı axtarış aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]