İki nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olunub
Bakı, 11 iyul, AZƏRTAC
İki şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 8-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1963-cü il təvəllüdlü Vahid və onun arvadı İradə Kərimduxta kəsici alətlə xəsarət yetirilib.
Araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Rafiq Kərimduxt iyulun 11-də Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:09]
AQTA-nın nümayəndəsi EPPO-nun iclasında iştirak edib
- 19.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 19.06.2026 [11:15]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
- 19.06.2026 [11:12]
Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]