İkiqat dünya çempionu: İdman mətbuatının bizim həyatımızda rolu böyükdür
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşi üzrə ikiqat Avropa və ikiqat dünya çempionu Eldəniz Əzizli idman mətbuatı ilə bağlı fikirlərini bölüşüb.
AZƏRTAC Azərbaycan İdman Jurnalistləri İB-in rəsmi saytına istinadla xəbər verir ki, güləşçi verdiyi açıqlamada karyerasında mətbuatın rolundan danışıb: "İdman mətbuatının bizim həyatımızda rolu böyükdür. Çünki qazanılan uğurları xalqa göstərən, çatdıran şəxslər məhz onlardır. Buna görə də hər birinə öz minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, son zamanlar bu sahədə olan problemlər ortadan qalxır. Bu isə məni sevindirir. Adətən danışmağı sevdiyim üçün həm yığmanın tərkibində, həm də federasiyada mənim müsahibə verməyimə üstünlük verirlər. Amma bəzən idmançının hansı hissləri keçirə biləcəyini düşünmədən məqalə, xəbər yazanlar da olur. Amma ümumilikdə idman mediası ilə münasibətim yaxşıdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]