İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir
Bakı, 30 noyabr, AZƏRTAC
Urmiya gölünün qurudulması siyasi bir prosesdir. Bu, birbaşa ekoloji terrordur. Çünki İranda ciddi anti-Azərbaycan siyasəti aparılır. Orada ölkəmizə qarşı müxtəlif tədbirlər də keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Urmiya gölünün harayı” adlı dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.
Politoloq qeyd edib ki, İran cənubda azərbaycanlıların ana dilində təhsil almalarına mane olmaqla bərabər, ölkəmizə qarşı müxtəlif formada təhdidlər də törədir. Bu ölkə narkotik alverindən Yaxın Şərqdəki terrorçuların saxlanılması üçün istifadə edirdi.
“İranda olan azərbaycanlıların təhlükəsizliyi bizim üçün çox önəmlidir. Həmçinin Urmiya gölü ilə bağlı ekoloji problemlərin də həlli vacib əhəmiyyətə malikdir”, - deyə İlyasov Hüseynov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]