İmişlidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
İmişli, 26 fevral (AZƏRTAC). Fevralın 26-da İmişli şəhəri ictimaiyyətinin nümayəndələri “Soyqırım” abidə-kompleksinin önünə gül dəstələri düzmüş, Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətində Xocalı faciəsinin on doqquzuncu ildönümü ilə bağlı elmi-praktiki konfrans keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının müavini Səlim Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat vermiş, erməni millətçilərinin heç bir fərq qoymadan qadın, uşaq, yaşlı insanlar da daxil olmaqla, azərbaycanlıları vəhşicəsinə öldürməsi aktının soyqırımı olduğunu bildirmişdir.
Rayon ağsaqqallar şurasının sədri Mirələkbər Həsənov faciə ilə bağlı məruzə etmişdir.
Çıxış edənlər günahsız insanlara qarşı törədilmiş bu dəhşətli qırğına beynəlxalq ictimaiyyətin biganəlik nümayiş etdirməsini kəskin pisləmişlər. Qeyd olunmuşdur ki, bütün dünyanın gözü qarşısında baş verən və aparıcı media qurumları tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılan Xocalı soyqırımının müqəssirləri hələ də mühakimə olunmamışlar.
Məktəblilər Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]