İNANIRIQ Kİ, İLHAM ƏLİYEVİN PREZİDENTLİYİ DÖVRÜNDƏ RUSİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNƏCƏKDİR
Bu fikir Mingəçevirdəki “Sodrujestva” cəmiyyətinin sədri Yuri Oleynikin AZƏRTAC-a ünvanladığı müraciətdə xüsusi vurğulanmışdır. Müraciətdə qeyd edilir ki, Azərbaycanda yaşayan ruslar Heydər Əliyevi keçmiş SSRİ-nin ən yetkin, nüfuzlu siyasi xadimi, özlərinin müdrik ağsaqqalı hesab edirdilər. Onun respublikamızın siyasi rəhbərliyinə ikinci dəfə qayıtması həm də rusdilli əhalini, o cümlədən 50-55 il əvvəl Mingəçevirin tikintisinə gəlmiş, taleyini bu şəhərlə ömürlük bağlamış 500 rus, ukraynalı, belorus ailəsini sıxıntılardan xilas etdi. Rusiya Prezidenti Vladimir Putinin Heydər Əliyevin dəfn–vida mərasimində şəxsən iştirak etməsi, dediyi səmimi sözlər slavyan xalqları nümayəndələrinin ürəyincə olmuşdur. Cəmiyyətin üzvləri İki qonşu, dost dövlət arasında münasibətlərin daha da genişlənəcəyinə ümid edirlər. Müraciət bu sözlərlə bitir: “Azərbaycanın ümumi kədərini bölüşərək Heydər Əliyevə “hər zaman qəlbimizdəsən, böyük insan” deyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]