Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnformasiya-kommunikasiya texnologiyaları:diaspor fəaliyyətinin əsas vasitələri

Müasir beynəlxalq sistem qloballaşma və inteqrasiya proseslərinin əhatəsində yeni keyfiyyətlər qazanmaqdadır. Bu kontekstdə artıq dünya dövlətlərinin xarici siyasət sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Çağdaş siyasi əlaqələrdə mühüm istiqamətlərdən biri kimi nəzərdən keçirilən diaspor anlayışının önəmi məhz bu səbəbdən irəli gəlir.

“Diaspor” qədim yunan sözü olub, toxumun yayılması, səpələnməsi mənasını verən “diaspeirein” sözündən yaranmışdır. Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.

Müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin üzvünə çevrilən Azərbaycan üçün dünyanın bütün ölkələrində olduğu kimi, diaspor sahəsi prioritet istiqamətlərdən biridir. Dövlətçiliyimizin inkişafı, eyni zamanda, Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması istiqamətində mühüm əhəmiyyətə malik olan diasporumuzun təşəkkül tarixi uzun bir dövrü əhatə edir. Azərbaycan diasporunun formalaşmasının ilk mərhələsi VII-VIII əsrlərə təsadüf edir. Bu dövrdə İslam dininin yayılması ilə əlaqədar ölkəmizin ərazisində ərəbdilli elmin və mədəniyyətin inkişafı, onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqə axını diasporun yaranmasının təməlini qoymuşdur. X-XIX əsrləri əhatə edən ikinci mərhələdə Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində soydaşlarımızın xaricdə məskunlaşması daha geniş vüsət almışdır.

Diasporumuzun formalaşmasının sonrakı mərhələləri ölkəmizin rus, sonradan sovet imperiyası tərəfindən işğal olunması, birinci və ikinci dünya müharibələri, Sovet İttifaqının süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması ilə əlaqədardır.

Azərbaycan diasporunun yaranması uzun bir dövrü əhatə etsə də, diasporla bağlı vahid dövlət strategiyasının müəyyənləşməsi, xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, bu ideyanın möhkəm istinad dayağına çevrilərək Azərbaycan diasporunun təşkili işini sürətləndirməsinin, xaricdə fəaliyyət göstərən müxtəlif qurumların ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmasının əsasını qoymuşdur. Bu strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini layiqincə qoruyur, ümummilli problemlərin həllinə nail olur, öz dilini, mədəniyyətini, tarixini lazımi səviyyədə təbliğ edir. 2003-cü ildən diaspor quruculuğu siyasətini yeni dünya nizamının gerçəkliklərinə uyğun davam etdirən Azərbaycan Prezidenti ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir.

XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahə hesab olunan informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi son illər ölkəmizin sosial-iqtisadi həyatına daha ciddi nüfuz etdiyi kimi, diaspor fəaliyyətinə də öz təsirini göstərmişdir. Siyasi fəaliyyətin bütün istiqamətlərində olduğu kimi, diaspor fəaliyyətində də İKT-nin önəmi özünü göstərməkdədir. Bu amil 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında qəbul edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında da qeyd olunmuşdur. Belə ki, Xartiyanın ikinci bölməsinin 11-ci maddəsi “Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası və Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi” adlanır. Sənəddə vurğulanır ki, müasir informasiya texnologiyalarının tətbiqi diaspor quruculuğu işinin keyfiyyətcə təkmilləşdirilməsinə, Azərbaycan icmaları arasında əlaqələrin daha operativ şəkildə həyata keçirilməsinə, xalqımızın tarixi və müasir həyatı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması mexanizmlərinin müasirləşdirilməsi məqsədlərinə xidmət edir. İKT-nin ictimai həyata təsir imkanlarının yüksələn xətlə inkişafı diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin daha geniş miqyasda tətbiqini zərurətə çevirir.

Məlum olduğu kimi, müasir dünyada İKT sahəsinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdir. Bu addım ölkəmizin istər daxili, istərsə də xarici siyasətində bütün istiqamətlərə öz müsbət təsirini göstərəcəkdir. Çünki müasir dünyada İKT-nin tətbiqi olmadan hər hansı bir sahədə uğur əldə etmək çətindir.

Xüsusi vurğulamaq lazımdır ki, diaspor fəaliyyətinin ən önəmli istiqamətlərdən biri İKT-nin tətbiqidir. Çünki dünyada yaşayan 50 milyon azərbaycanlını konkret zaman və məkan daxilində bir araya gətirərək bu fəaliyyəti reallaşdırmaq çox mürəkkəb bir məsələdir. Bu baxımdan dövlətimizin başçısının böyük uzaqgörənliklə atdığı bu addım dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması, daha sistemli şəkildə əlaqələrin qurması və diaspor qurumlarımızın İKT-nin üstünlüklərindən istifadə edərək daha böyük uğurlar əldə etməsinə təkan verəcəkdir.

Hazırda Azərbaycan həqiqətlərinin təbliği, beynəlxalq ictimaiyyətin respublikamızla bağlı dolğun informasiya ilə təmin edilməsi üçün 30-dan çox ölkədə Azərbaycan diasporuna məxsus televiziya və radio kanalları, qəzet və jurnallar, 1000-dən çox internet saytı və digər vasitələr mövcuddur. “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər bu vasitələrin həm keyfiyyətcə yenilənməsi, həm də say baxımından artmasını təmin edəcəkdir. Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında xüsusi qeyd olunan məqamlar - internetdə Azərbaycanın milli dəyərlərinin qorunması, milli informasiya resurslarının elektron formata keçirilməsi və Azərbaycan icmalarının internet saytlarında yerləşdirilməsi, virtual məkanda azərbaycanlılara məxsus strateji əhəmiyyətli domen adların qeydiyyatdan keçirilməsi, Azərbaycanın virtual məkanda coğrafi adları, mövcud reallıqları, mənəvi dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri ilə geniş təmsil olunması istiqamətində tədbirlərin görülməsi, İKT-də əldə olunan ən son nailiyyətlərin azərbaycanlılara məxsus olan milli dəyərlərinin qorunması işlərinə tətbiq olunması, dünyanın ən böyük ensiklopediyası olan Vikipedia-da milli maraqların qorunması və azərbaycanlı mütəxəssislərin bu işə cəlb olunması, diaspor təşkilatları tərəfindən virtual məkanda Avropa Şurası və digər beynəlxalq qurum qarşısında erməni vandalizmi məsələsinin qaldırılması, ingilis dilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş obyektiv materiallar toplusundan ibarət informasiya bazası əsasında xüsusi internet saytın yaradılması, internetdə dünya azərbaycanlılarının ortaq yayım qurumunun yaradılması, eyni zamanda, internet televiziya kanalının açılması, azərbaycanlıların sıx yaşadığı regionlarda “AZERIS NETWORK” internet şəbəkələrinin təşkili işinin davam etdirilməsi, müasir İKT-nin imkanlarından istifadə etməklə dünya azərbaycanlıları arasında iki və çoxtərəfli əməkdaşlığın qurulması, azərbaycanlıların intellektual potensialının ümummilli mənafelərin reallaşdırılmasına səfərbər edilməsi kimi məsələlər bu baxımdan strateji əhəmiyyət daşıyır.

Son illərdə diaspor təşkilatlarımızın fəallığının güclənməsi, bu qurumlara dövlətimizin hərtərəfli dəstəyinin artırılması, respublikamızın dinamik inkişafı, ilk “Azərspace-1” telekommunikasiya peykimizin uğurla orbitə buraxılması və digər amillər onu deməyə əsas verir ki, qarşıdakı illərdə diasporumuz daha da güclənərək, Azərbaycanın geniş İKT imkanlarından bəhrələnərək ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü, uğurlu, davamlı fəaliyyət ortaya qoyacaqdır.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib