İordaniyada “mpox” virusuna 2024-cü ildə ilk yoluxma halı qeydə alınıb
Bakı, 3 sentyabr, AZƏRTAC
İordaniyada “mpox” virusuna 2024-cü ildə ilk yoluxma halı qeydə alınıb.
AZƏRTAC Petra xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxmuş şəxs 33 yaşlı kişidir, onda “mpox”a xas olan səpgi əmələ gəlib və sonra laboratoriya müayinəsi nəticəsində xəstəliyin dəqiq diaqnozu qoyulub. Əmmandakı əl-Bəşir xəstəxanalarında təcrid olunan şəxsin vəziyyətinin stabil olduğu qeyd edilib.
Nazirlik “mpox” monitorinqini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, İordaniya Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə bu xəstəlik qeydə alındığından krallıq üçün ilk yoluxma hadisəsi hesab olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]