İqlim dəyişikliyi Braziliyada “denge” qızdırmasının yayılmasını asanlaşdırır
Bakı, 16 mart, AZƏRTAC
Yeni araşdırmaya görə, iqlim dəyişikliyi nəticəsində davam edən isti hava dalğaları, natamam urbanizasiya və müəyyən bölgələrdə əhalinin sıx məskunlaşması Braziliyada “denge” qızdırmasının yayılmasına əhəmiyyətli dərəcədə təsir edir.
AZƏRTAC Nature saytına istinadla xəbər verir ki, biologiya elmləri sahəsində ixtisaslaşan “Oswaldo Cruz” Fondu xəstəliyin az yayıldığı ölkənin cənub və orta qərb bölgələrində yoluxmaların artacağı ilə bağlı xəbərdarlıq edib. Bu artım quraqlıq və daşqınlar da daxil olmaqla, ekstremal meteoroloji hadisələrin artması ilə əlaqələndirilir.
Braziliya bu ilin əvvəlindən bəri “denge” qızdırması epidemiyasından əziyyət çəkir və yoluxmaların artması doqquz ştatda fövqəladə vəziyyət rejiminin elan edilməsinə səbəb olub. Virus “Aedes aegypti” ağcaqanadları tərəfindən ötürülür və bəzi hallarda ölümcül ola bilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri “denge” qızdırmasına yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bunun çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]