İranda COVID-19-dan ölənlərin sayı 82 mini ötüb
Tehran, 17 iyun, AZƏRTAC
İran dünyada COVID-19 virusuna qarşı peyvənd istehsal edən 6 dövlətdən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Səid Nəmaki məlumat verib. O bildirib ki, sanksiyalara baxmayaraq İran mütəxəssisləri peyvənd hazırlamağa müvəffəq olublar. Onun sözlərinə görə İran tibbi ləvazimat istehsalı üzrə dünyada 5-ci yerdədir.
İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Həsən Müqəddim isə jurnalistlərə bildirib ki, cəmiyyət 1 milyon doza Çin istehsalı olan peyvəndi alaraq ölkəyə gətirib. Bu günə kimi cəmiyyət xaricdən 3,4 milyon doza peyvənd alıb. İranda 5,2 milyon nəfər peyvənd olunub.
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən son 24 saat ərzində koronavirusa 10 min 291 yoluxma, bu xəstəlikdən 139 ölüm faktı qeydə alınıb ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 3 milyon 70 min 426 nəfərə, ölənlərin sayı isə 82 min 619-a çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 708 min 743 nəfər sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]