İRANDA ZƏLZƏLƏ
AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, dekabrın 24-də yerli vaxtla saat 7.20–də İranın paytaxta yaxın əyalətlərində gücü Pixter cədvəli ilə 5 baldan yuxarı olan iki yeraltı təkan qeydə alınmışdır.
Tehran Universitetinin Geofizika Mərkəzinin məlumatında bildirilir ki, Save və Robat-Kərim şəhərləri İran paytaxtından 100 kilometr cənub-qərbdə yerləşən iki zəlzələ zonasının mərkəzində olmuşdur. Bu şəhərlərdə yeraltı təkanların gücü 5,3 bal idi. Qum əyalətində də 5 bal gücündə zəlzələ qeydə alınmışdır.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.