Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvanda qədim abidələrimizdən “Hüseynəli xan məscidi”

Bakı, 12 oktyabr, AZƏRTAC

Ötən əsrin səksəninci illərinin sonunda qədim Oğuz yurdunun sakinləri olan azərbaycanlıların son nəfərinədək öz ata-baba torpaqlarından qovulması, didərgin, köçkün həyatı yaşamağa məruz qoyulması, XX əsrin son dərəcə qəddarlıq, vəhşiliklə müşayiət olunan siyasi təxribatı idi. Evləri yandırılmış, qışın sazaqlı-şaxtalı günlərində qarlı dağları aşaraq qaçmağa məhkum edilmiş soydaşlarımızın acı taleyi qəlbimizdə izi itməyən bir şırım açıb... Erməni vandallarının bununla ürəyi soyumadığından tipik müsəlman şəhəri olan İrəvanda, ümumən Qərbi Azərbaycanın hər yerində minillərin yadigarı olan tarixi abidələrimizi dağıtmağa, bir çox qədim tikililərimizi özününküləşdirməyə başladılar. İlk vaxtlar cinayətkar ermənilərin bədnam əməllərindən xəbərdar olanda Azərbaycan türkü olaraq təlaş, narahatlıq hissi ilə alovlanırdıq. Təəssüf ki, dağıdıcı, cinayətkar, qaniçən ermənilərin bu hərəkətlərini dayandırmağa səsimiz-ünümüz çatmadı, gücümüz yetmədi. Bununla bağlı beynəlxalq aləmdə yayılan xəbərlərə məhəl qoyulmadığından bu hadisələr İrəvan xanlığının tarixinə ağrılı bir səhifə kimi həkk olundu. Dünya cəmiyyətində ermənilərin bu kimi dağıdıcı əməllərinə əhəmiyyət verilməməsi, heç şübhəsiz, neçə yüzilliklər boyunca o torpaqların qədim sakinləri olan ata-babalarımızın ruhunu təhqir etmək, haqqını tapdalamaqla, dünya ictimaiyyətinə o ərazilərin ermənilərə məxsus olduğunu çatdırmaq kimi gülünc, həm də bədnam fikirlərin təsiri idi.

AZƏRTAC xəbər verir ki, bu sözlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin “İrəvanda qədim abidələrimizdən “Hüseynəli xan məscidi” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Bu məlumatlar doğrudanmı son bir neçə onilliklər ərzində yayılmağa başlayıb? Əlbəttə yox! Tarixə müraciət edəndə görürük ki, bu istiqamətdə onların davamlı şəkildə apardığı iyrənc, əxlaqsız siyasətin kökü çox dərinlərə gedir. Hələ “dinc qonşuluq” şəraitində yaşadığımız vaxtlardan çox-çox əvvəllər də onlar bu istiqamətdə aşkarda, gizlində bizə qarşı maddi-mənəvi təxribatlar ediblər. Təəssüflər olsun ki, həmin vaxtlar hiyləgər, faşist xislətli hayların hüzurumuzda əyildiyi, qarşımızda qul kimi işlədiyi, boynunu bükdüyü vaxtlarda ürəyimizdəki Əli rəhmi gözlərimizi bağladığından onların çirkin, xəyanətkar əməllərini görməmişik.

Bu gün torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq soydaşımızın dədə-baba yurdlarından qovulması, tarixi abidələrimizin məhv edilməsi, yeraltı-yerüstü sərvətlərimizin talanı erməni xəyanətlərinin nəticəsi deyilmi? Hələ də Qərbi Azərbaycanda ulu torpaqlarımızın, yurd yerlərimizin, bağların, dağların, dərələrin, zümrüd meşələrin, şır-şır bulaqların qədim, doğma sakinlərindən ötrü yollardan yığılmayan gözlərinin leysanı kəsilmir...

Mətləbdən uzaq düşməyək... Yaxın vaxtlarda klassik mətbuatımızı araşdırarkən ötən əsrin əvvəllərində İrəvanda nəşr olunmuş “Bürhani həqiqət” adlı jurnalın birinci sayında (1yanvar, 1917-ci il, N-1, səh: 7) İrəvandakı Göy məscidin şəklinə və haqqında maraqlı bir yazıya rast gəldim. Məqalədə bu tarixi abidənin inşasından tutmuş, onun elmi-ictimai taleyi yaddaşımda itirilmiş torpaqlarımızın unuda bilmədiyimiz bugünkü ağrılarını təzədən göynətdi.

Məqalədə deyilirdi: “Həmin fövqdə basılmış məscid əksi İrəvanda əski binalardan ədd olunan “Məscidi-came” - “Göy məscid”in əksidir. Həmin məscid 1178 səneyi-hicridə bina olunmuşdur. Məscidin tağında belə bir misra həkk olunmuşdur: “Əfkəndə əksi dər İrəvan Məscidül-haram” (İrəvanda məscid şəkli salınmışdır). Həmin misranı əbcəd hesabı ilə çevirdikdə məscidin inşa olunması tarixi, yəni 1178-ci il alınır. “İrəvan şəhəri hənuz İran hökumətinin təhti-idarəsində olduğu zaman 1756-cı səneyi-miladidə İrəvanda hakimlik edən Nəcəfqulu xan Qacarın oğlu Hüseynəli xan tərəfindən həmin məscid bina olunmuşdur. Zihaze (buna görə) bina etdirən şəxsin adı ilə “Hüseynəli xan məscidi” dəxi təsniyə (adlanır) olunur. Deməli, Rusiya hökuməti İrəvanı müsəxxəl (zəbt) etmədən 72 sənə müqəddəm həmin məscid bina olunubdur. Hal-hazırda yaşayıb durmaqdadır”.

Lakin müəllifin həmin məscid haqqında məlumatı bununla tamamlanmır. Məqalə müəllifi “Təhvil” (Bu, jurnalın redaktoru Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovun imzasıdır - Ş.N.) bundan sonra böyük narahatlıqla bir erməni müxbirinin həmin məscidlə bağlı cəfəng, uydurma fikirlərindən narahatlığını bildirir. İrəvanın azərbaycanlı ziyalısının narahatlığı əbəs deyildi. Çünki həmin dövrdə Rusiyada böyüməkdə olan siyasi hadisələr, onun inqilab dalğası Zaqafqaziyaya da gəlib çatmışdı. Bu siyasi mübarizələrdən öz məqsədləri üçün istifadə edən ermənilər də hər yerdə olduğu kimi, İrəvanda da iğtişaşlar törədərək azərbaycanlıları sıxışdırıb, evlərindən didərgin salmağa, onların yerini Türkiyədən gəlmiş ermənilərin zəbt etməsinə nail olmuşdular. Qədim yurd yerlərimizdə təzə-təzə məskunlaşmaqlarına baxmayaraq, kəndlərimizin, qəsəbələrimizin adlarını dəyişir, tarixi-mədəni abidələrimizə qarşı mənəvi qəsdlərə başlayırdılar. Bütün bunlara etiraz edən İrəvan ziyalılarına, o cümlədən C.Məmmədov, M.Qəmərlinski, Ə.Hüseyn, C.Əskərzadə, M.Mirfətullayev, M.Nasir kimi ziyalilara qarşı milli ədavət aparırdılar. Əli Məhzun da öz növbəsində həmin yazıda ermənilərin apardıqları mənəvi-siyasi terrora tarixi həqiqətin məntiqi ilə cavab vermişdi. Görün, erməni müxbiri bizim “Göy məscid” haqqında nələr uydurubmuş. “Təhvil” yazırdı: “Solntse Rossii” jurnalının 279-cu nömrəsində həmin məcmuənin xüsusi müsəvviri (rəssamı) “Ter-yan”ın Bədayei-sənayeyindən (İncəsənət abidəsi) hesab olunaraq həmin İrəvan məscidinin fövqdəki qərar ilə əksi basılaraq “Van məscidi” adlanmışdır.

“Solntse Rossii” jurnalının həmin hərbi müxbir və müsəvviri “Ter-yan” qomşunun bişmiş toyuğu güldürəcək belə müsəvvirliyi həmin məcmueyi-mətinənin nə qədər “doğruçu olduğuna”, qarelərinə (oxucularına) “ter-yan”lardan alınmış “ən müvəssəq” (doğru) xəbərlər oxutdurduğuna və idinnən (söz vermə- sindən) alınmış həmin məscid kimi fotoqraf əksləri tamaşa etdirdiyinə şübhə buraxmayır.

Əcəba! “Ter-yan” qomşunun atkritkalar üzərində basılmış bütün Qafqaz və Rusiyada nəşr olunmuş şu İrəvan məscidi fotoqrafını “Van məscidi” deyə “Solntse Rossiya”nın sütununda ənzari-umum (camaatın) tamaşasına qoyması ümumrusiya əhalisini, daha doğrusu Rusiya müsəlmanlarını kor hesab etmək deyil də, bəs nədir? Zənnimcə, “Ter-yan” qomşu “Vanı” yuxusunda belə görməmiş ki, İrəvanın əvvəlki hecasını bəl edərək (udaraq) Van yazmışdır”.

Ter-yanın həyasızlığı o dərəcəyə çatıbmış ki, “Hüseynəli xan məscidi”nin şəklini “Van məscidi” kimi təbliğ etməklə azərbaycanlıların mədəni-tarıxi abidəsini mənəvi unutqanlığa məhkum etməyə çalışırmış. Şübhəsiz, bu böyük işlərin arxasında elə o vaxtlardan formalaşmış erməni lobbisi, daşnaksütun partiyası dayanıbmış. Həmin 1917-1920-ci illərdə bu üzdəniraq ermənilərin “böyük Ermənistan” yaratmaq məqsədilə apardıqları çirkin siyasətin təsiri və görüntüləri haqqında o dövrün mətbuat səhifələrində azərbaycanlı ziyalıların çoxlu sayda yazıları ilə tanışıq. İndi isə haqqında bəhs etdiyimiz “Hüseynəli xan məscidi”nin son sətirlərini oxuyuruq: “Oqonyok” jurnalının 12-ci nömrəsində dəxi Tiflisdə Vorontsov küçəsi başındakı meydançanın əksi “Ərzurumda bazar meydanı” adı ilə basılmışdır. Hər halda həmin mətin məzmuələrin necə bir doğruçu müsəvvirləri olduğuna hər kəs “hökm edə” bilər.”

“Hüseynəli xan məscidi” kimi milli-mədəni abidələrimizin müdafiəsinə qalxan müəllif eyni zamanda öz dədə-baba torpaqlarında fiziki və mənəvi zorakılıqlara məruz qalan azərbaycanlıların siyasi-ictimai halından, sahibi olduğu jurnaldan savayı dövri mətbuatda da ürəkağrısı ilə bəhs edib. İstər-istəməz düşünməli oluruq, görəsən, torpaqlarımızın itirilməsinə, soydaşlarımızın ev-eşiklərindən didərgin düşməsinə, eləcə də tarixi abidələrimizin dağıdılmasına qarşı mübarizəmizi zaman-zaman, ardıcıl olaraq aparmışıqmı? Aparmışıqsa, bəs niyə itkilərimizin fiziki, maddi və mənəvi həcmi bu qədər böyüyüb? Tarix heç nəyi unutmur, yaddaşında ilk doğuluşdan üzü əbədiyyətə, hər şeyi hifz edir. Odur ki, ulu tarix milli kimliyimizi zaman-zaman araşdırmağı bizdən tələb edir. Çünki tarixə hər yeni baxış, təzə münasibət hələ də çözülməmiş, araşdırılmamış çoxlu sayda faktların, hadisələrin üzə çıxarılmasına rəvac verir. Bu mənada ucsuz-bucaqsız ellərimizdə, o cümlədən, Qərbi Azərbaycanda yaşadığımız neçə yüzilliklər dövrünü təkrar-təkrar öyrənilməlidir. Doğma məskənlərimizdə öz tarixini yazan görkəmli şəxsiyyətlərimizin həyatı, ictimai-ədəbi mühiti, mədəniyyət abidələrimizin yaranma şəraiti və tarixi, ümumiyyətlə, qədim yurd yerlərimizdə yaşayış məskənlərimizin coğrafi görüntüsü, əhalisinin əsas məşğuliyyəti, İrəvanın ictimai-siyasi həyatında ziyalılarımızın fəaliyyəti sənətə, ədəbiyyata gətirilməli, bu istiqamətdə böyük və davamlı işlər görülməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib