İşğaldan azad olunmuş ərazilərdə 24 yaşayış məntəqəsində qaz xəttinin çəkilməsi həyata keçirilib
Bakı, 15 mart, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri - yollar, tunellər və körpülər inşa edilir. İki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı söyləyib.
O bildirib ki, azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya istismar edilməkdədir.
İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]