İslandiya yığmasının baş məşqçisi: Azərbaycan millisini ciddiyə almalıyıq
Reykyavik, 4 sentyabr, Elnur Salahov, AZƏRTAC
Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Bu səbəbdən sabahkı matçda qalib gəlməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində evdə Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: "Bu, ölüm-dirim məsələsi deyil. Amma rəqibi ciddiyə almalıyıq. Böyük hədəflərimiz var. Özümüzə inanmalıyıq. Hər kəs inanılmaz dərəcədə sakitdir. Oyunla bağlı nikbinəm".
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]