İSMAYILLIDA ÖZƏL BÖLMƏ İNKİŞAF EDİR
Sahibkarliğin inkişafına göstərilən dövlət qayğısı İsmayıllıda özəl bölmənin inkişafına güclü təkan vermişdir. Şəhərin mərkəzində açılmış pendir sexi son aylar fəaliyyətə başlayan yeni müəssisələrdəndir. Hazırda bu müəssisədə 12 nəfər çalışır. Əhalidən razılaşdırılmış qiymətə alınan süddən hələlik yüksək keyfiyyətli pendir istehsal olunur.
Müəssisənin müdiri, sahibkar Vaqif Məhərrəmov AZƏRTAC-ın müxbirinə demişdir ki, məhsulun keyfiyyəti alıcıları razı saldığından sifarişlər artır. İndi sexdə genişləndirmə işləri aparılır. Burada yeni avadanlıq quraşdırılacaq və məhsulların çeşidi artırılacaqdır. Bu, həm də əlavə iş yerlərinin açılmasına şərait yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]