İspaniya La Liqası: “Real Madrid” turnir cədvəlində liderliyi ələ alıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” səfərdə cari mövsüm zəif təsir bağışlayan və 15-ci yerdə qərarlaşan “Elçe” komandasının qonağı olub. Görüş “kral” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 22-ci dəqiqəsində Vinisius Junior açıb. Fasilədən sonra - görüşün 73-cü dəqiqəsində braziliyalı dublunu rəsmiləşdirib. Qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Pere Milla fərqlənib.
Bu qələbə sayəsində xal ehtiyatını 24-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib. “Elçe” isə 10 xalla on beşinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]