İspaniyada da Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın İspaniyadakı səfirliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Türkiyə, Qazaxıstan, İran, Banqladeş və Serbiyanın İspaniyadakı səfirlərinin, ABŞ, Çexiya, Ukrayna, Gürcüstan və digər ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının iştirak etdikləri tədbirdə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Xocalı soyqırımının tarixi barədə ətraflı məlumat vermişdir. Diplomat qanlı faciə ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətdə beynəlxalq aləmdə aparılan təbliğat işləri, xüsusilə də “Xocalıya ədalət” kampaniyası haqqında danışmışdır.
Tədbir iştirakçılarına Xocalı qətliamı haqqında kitab və bröşürlər paylanmış, ingilis dilində faciədən bəhs edən sənədli film, məşhur amerikalı rep ustası Toni Bləkmənin “Dəyirman” qrupu ilə birlikdə ifa etdikləri “Xocalıya ədalət” videoklipi nümayiş etdirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]